Araxamia təsdiqlədi: Zelenski Kulebanın yerinə onu təklif etdi

5 Sentyabr 2024 00:08

Ukrayna Prezidenti Vladimir Zelenski Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə Dmitri Kulebanın yerinə onun birinci müavini Andrey Sibiqanın təyin edilməsini təklif edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ali Radada "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamia bildirib.

O, Zelenskinin fraksiya iclasına gəldiyini təsdiqləyib.

"Prezident Vladimir Zelenski bizə qoşuldu, buna görə ona minnətdarıq", - deyə Araxamiya öz Teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Zelenski Kulebanın yerinə əvvəllər prezident aparatında çalışmış Sibiqanın təyin edilməsini təklif edib.

Qeyd edək ki, D.Kuleba XİN rəhbəri vəzifəsindən istefa verib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun