Hindistan şəhərini seldən sonra timsahlar basıb

4 Sentyabr 2024 23:40

Hindistanda bir şəhəri güclü daşqından sonra timsahlar basıb. Yerli sakinlər etiraf edirlər ki, indi küçəyə çıxmağa qorxurlar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Gazeta.ru məlumat yayıb.

Məlumata görə, Hindistanın Vadodara şəhərini daşqınlardan sonra timsah sürüləri basıb. Yırtıcılar ev heyvanlarını və mal-qaranı yeyərək insanlara ciddi problemlər yaşadırlar. Bundan əlavə, yerli sakinlər özləri sürünənlərin ovuna çevrilməmək üçün küçəyə çıxmaqdan qorxurlar.

Şəhər rəhbərliyi bildirib ki, timsah problemi xüsusi nəzarətdə saxlanılır və sakinlərdən onların tutulmasında kömək göstərməyi xahiş edirlər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun