Qazaxıstanda Milli Qvardiyanın baş komandan müavini rüşvətə görə tutuldu

4 Sentyabr 2024 18:21

Qazaxıstanda Milli Qvardiyanın baş komandan müavini, general-mayor Konstantin Voronkin rüşvət almaqda təqsirləndirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkənin Daxili İşlər Nazirliyi bu barədə məlumatı təsdiqləyib.

Qurumdan bildirilib ki, törətdiyi ehtimal olunan cinayət hadisəsi 2023-cü ildə baş verib.

Nazirlik, həmçinin K. Voronkinin saxlanıldığını və faktın ölkənin hüquq-mühafizə orqanlarının birgə istintaq qrupu tərəfindən araşdırıldığını açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun