Azərbaycan Basketbol Liqasında çıxış edən "Gəncə"nin yeni baş məşqçisi müəyyənləşib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu post Halil Atlıya həvalə olunub.
Türkiyəli mütəxəssis ilə 1 illik müqavilə bağlanıb. 37 yaşlı məşqçi Türkiyənin aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, klublarda da fəaliyyət göstərib. O, baş məşqçi və köməkçi məşqçi funksiyalarını yerinə yetirib. Halil Atlı son olaraq "Mersin MSK" klubunda məşqçi kimi çalışıb. Onun komandası son mövsümdə çempion olaraq Super Liqaya vəsiqə qazanıb.
Qeyd edək ki, Halil Atlı bu postda həmyerlisi Bedri Meriçi əvəzləyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun