Şahruddin Məhəmmədəliyev "Qarabağ"dan ayrılmağa hazırlaşır.
Milli.Az xəbər verir ki, "Football-plus.az"ın əldə etdiyi məlumata görə, millimizin qapıçısı istəyini klub rəhbərliyinə çatdırıb. Qərarın səbəbi isə bəllidi: "Qarabağ"ın əsas qapıçısı Mateuş Koxalski, əvəzedicisi isə Fabian Buntiç olacaq. Belədə Şahruddinin meydana çıxmaq şansı xeyli azalır.
Futbolçunun istəyi icarə əsasında başqa, xüsusilə, xarici klublardan birində çıxış etməkdi. O, hələ ki, Rusiya və Türkiyə komandalarından aldığı təkliflər üzərində dayanır.
Onu da qeyd edək ki, Şahruddin zədəlidi. Qapıçı oktyabrdan məşqlərə başlaya bilər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun