Model və ərinin meyiti tapıldı - FOTO

4 Sentyabr 2024 17:12

Model və ərinin evdən meyiti tapılıb.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, topmodelin polşalı ulduzu Paulina Lerch və həyat yoldaşının güllələnmiş meyiti aşlarlanıb.

Ailəsi bir müddət qızından xəbər almadığı üçün polisə müraciət edib. Polis modelin evinə gəldikdə qapıların bağlı olduğunu görüb. İçəri girən polislər modelin və ərinin meyitini aşkarlayıblar.

İlkin ehtimala görə, modeli əri öldürüb.

Qeyd edək ki, modelin əri narkokuryerliklə məşğul olub və bu səbəbdən bir neçə dəfə saxlanılıb.

İsmayıl
Milli.Az