Zurabişvili Gürcüstanın prezidenti deyil - Kobaxidze

4 Sentyabr 2024 14:36

Salome Zurabişvili Konstitusiyanı pozduqdan sonra faktiki olaraq Gürcüstanın prezidenti deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

"Salome Zurabişvili Gürcüstanın prezidenti deyil. O özü Konstitusiya Məhkəməsinin legitimliyini ona qarşı iddia qaldıranda tanıyıb. Konstitusiya Məhkəməsi Salome Zurabişvilinin qeyri-legitim prezident olduğunu, konstitusiyanı pozan prezident olduğunu müəyyən edib. Zurabişvilinin prezident postunu formal olaraq qoruyub saxlamasının yeganə səbəbi (müxalif) "Milli Hərəkat"ı dəstəkləməsidir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun