İrəvandan Zəngəzur dəhlizi ilə bağlı kritik açıqlama

4 Sentyabr 2024 13:29

Ermənistan gələcəkdə Azərbaycanla nəqliyyat kommunikasiyalarının təhlükəsizliyini özəl mühafizə şirkətlərinə (ÖMŞ) həvalə etməyi nəzərdən keçirir.

Milli.Az bildirir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bəyan edib.

"Bəli, bu mümkündür, amma hazırda əlavə məlumat yoxdur", - deyə o bildirib və əlavə edib ki, bu halda ÖMŞ-lər həm də Azərbaycan ərazisindən keçəcək kommunikasiyaların mühafizəsini təmin etməlidir. O, həmçinin sərhəddə erməni sərhədçiləri və gömrük əməkdaşlarının da olacağını vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun