"Titanik"in əfsanəvi fiquru tapıldı - FOTO

8 Sentyabr 2024 15:23

"Titanik" gəmisinin qalıqlarının axtarılması üçün təşkil edilən ekspedisiya zamanı daha bir qiymətli artefakt üzə çıxarılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, həmin dövrlərdə salonları bəzəyən əsas əsərlərdən olan 60 santimetr hündürlüyündə "Versallı Diana" fiquru tapılıb.

Tarixi əsər gəminin qalıqları arasından çıxarılaraq sərgilənmək üçün hazırlanır.

Digər tərəfdən gəminin bəzi hissələrində çökmələrin baş verdiyi açıqlanıb. Robot sualtı qayıqların bu yay çəkdiyi görüntülərdə gəminin burnunun 4,5 metrlik hissəsinin dəniz dibinə çökdüyü müəyyən edilib.

Kəşfiyyat qrupu bütün gəminin çökməsinin an məsələsi olduğunu vurğulayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun