Məşhur sosial şəbəkə satıldı
26 İyun 2012 14:05
Milli.Az "Techno Crunch"a istinadən bildirir ki, biznes üçün sosial şəbəkələr operatoruna "Microsoft" 1,2 milyard dollar ödəyib.
Şirkətlər arasında anlaşma dünən əldə olunub. Danışıqlar tam məxfilik şəraitində iki həftədən bəri aparılırdı.
"Microsoft" hazırda müxtəlif sosial şəbəkələri olsa da, "Yammer" populyar Facebook təki sosial şəbəkə və biznes-konstruktorun üzvi sintezidir. "Yammer" daxili istifadə üçün şirkətlərə profayllar yaratmağa imkan verir.
"Yammer"in satın alınması "Microsoft"un uğurlu addımıdır.
Bir qədər əvvəl korporasiya 8,5 milyard dollara "Skype"ı satın almışdı.
Milli.Az