Tanınmış türkiyəli aktyor vəfat etdi - FOTO

4 Sentyabr 2024 11:34

Türkiyəli aktyor Umut Avcı vəfat edib.

Axşam.az xəbər verir ki, 15 gün əvvəl beynindəki qan laxtalanması nəticəsində xəstəxanaya yerləşdirilən 44 yaşlı aktyor ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Umut "Hep yek", "Ver kaç" ve "Ailece şaşkınız" kimi filmlərdə rol alıb. O, son olaraq "TRT 1"də yayımlanan "Kıbrıs: Zafere doğru" (əvvəlki adı "Bir zamanlar Kıbrıs" - red.) adlı serialda "Hamit" adlı sürücüyə həyat verib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun