Rusiyanın nüvə hədəsi: Doktrina dəyişəcək?

4 Sentyabr 2024 11:02

Rusiya həm öz ölkəsində, həm də Qərbdə baş verən son hadisələrdən sonra nüvə doktrinasını dəyişməyi planlaşdırır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu "The Tayms" nəşri yazıb.

Britaniya qəzetinin yazdığına görə, doktrinada qeyd olunub ki, adi silahlara malik xarici ordu tərəfindən və ya nüvə hücumu nəticəsində Rusiya Federasiyasının müstəqil dövlət kimi mövcudluğuna təhlükə yaranarsa, nüvə arsenalından istifadə edilə bilər.

Bildirilir ki, Rusiyanın nüfuzlu adamları arasında doktrinanı dəyişmək istəyi Ukraynanın Kursk bölgəsində körpüləri dağıtmaq üçün HIMARS raketlərindən istifadə etdiyini elan etdikdən və Britaniyanın "Challenger 2" tanklarının gəlişindən sonra yaranıb:

"Hazırda Rusiya Federasiyasının nüvə arsenalından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət yoxdur ki, lakin bu, Moskvadakı rəsmilərin qərbli həmkarlarına nüvə müharibəsi barədə daim xəbərdarlıq etməsinə mane olmur",-deyə nəşr qeyd edib.

Vurğulanır ki, bu cür çıxışlar yalnız NATO-nu Ukraynanı dəstəkləməkdən çəkindirmək məqsədi daşıyır. Avropa ölkələri və NATO bu cür xəbərdarlıqları ciddi təhlükə hesab etmir. Lakin Vaşinqton vəziyyəti gərginləşdirməmək üçün ehtiyatlı davranır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun