İsmayıllıda əməliyyat - Vəzifəli şəxslər saxlanıldı - YENİLƏNİB

4 Sentyabr 2024 16:29

16:29

Xəbər verdiyimiz kimi, İsmayıllı rayonunda vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib.

Milli.Az Modern.az-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir.

"Qafqazinfo" əməliyyatın bəzi detallarını öyrənə bilib. Məlumata görə, Baş Prokuror yanında Korrupsiya İdarəsinə rayonun bir sıra vəzifəli şəxslərinin qanun pozuntularına yol verməsi barədə məlumat daxil olub. Keçirilən əməliyyat nəticəsində Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov və kəndlərdən birinin bələdiyyə sədri saxlanılıb.

Hazırda onlarin ifadələri alınır. Hələ ki, ittiham verilməyib.

Qeyd edək ki, İsmayıllı şəhərinin bundan əvvəlki icra nümayəndəsi Məhərrəm Əhmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi.

---------
10:27


İsmayıllı rayonunda vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib.

Bakivaxti.az-ın əldə etdiyi məlumata görə, ötən gün keçirilən əməliyyat zamanı saxlanılanlar olub.

Qeyri-rəsmi məlumatlara görə, saxlanılanlar arasında bələdiyyə sədri və digər şəxslər var.

Yaxın vaxtlarda əməliyyatla bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun