Azərbaycanlı aktyorların görüntüsü müzakirələr yaratdı - VİDEO

4 Sentyabr 2024 09:31

Azərbaycanlı aktyorların görüntüsü müzakirələrə səbəb olub.

Milli.Az bildirir ki, Elvin Ağayevlə xanımı Elvina Atakişiyeva kamera önündə etdiyi hərəkət tənqidlərə məruz qalıb. Hər kəsin gözü önündə sevişən cütlüyün videosu birmənalı qarşılanmayıb.

Məlum olub ki, sözügedən kadrlar tezliklə Atv telekanalında yayımlanacaq "Əlvida Xoşbəxtlik" serialındandır.

Xatırladaq ki, aktyor Elvin Ağayev bir müddət əvvəl səhhətindəki problemlə gündəmə gəlmişdi. Onun əməliyyatı üçün pul toplanmışdı, bacısı Gülnaz isə qardaşına donor olub. Onun qaraciyərinin bir hissəsi aktyora köçürülmüşdü.

Müzakirələr yaradan həmin videonu təqdim edirik:

Hüseyn 
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun