Fatih Terim Portuqaliya nəhəngini çalışdıracaq - YENİLƏNİB

4 Sentyabr 2024 13:05

Türkiyə millisinin sabiq baş məşqçisi Fateh Terim Portuqaliyanın "Benfika" klubunu çalışdıracaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, təcrübəli çalışdırıcı artıq Portuqaliyada "Benfika" klubunun bazasındadır.

Bundan əlavə, Kərəm Aktürkoğlunun transferində rol oynayan Fateh Terim klubun prezidenti Rui Kosta ilə də görüşüb.

--------

09:03

Fatih Terim baş məşqçiliyə qayıda bilər. 

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, yeni baş məşqçi axtarışında olan "Benfika" klubu Terimin xidməti ilə maraqlanır. Klubun portuqaliyalı olmayan baş məşqçi axtardığı bildirilir. 

Bundan əlavə, Kerem Aktürkoğlunun transferində rol oynayan Fatih Terim klubun prezidenti Rui Kosta ilə görüşəcək. 

Qeyd edək ki, Terimin son klubu "Panatinaikos" (2023-24) olub. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun