Gürcüstanın cənubundakı Axaldaba kəndindən 12 kilometr aralıda milli park ərazisində meşə yanğınları başlayıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "TV Pirveli" məlumat yayıb.
Bildirilir ki, yanğınsöndürənlər Borjomi-Xaraqauli Milli Parkının ərazisindəki baş verən yanğınla mübarizə aparır.
Hadisə yerinə paytaxt Tiflisdən də xilasedicilərdən ibarət qruplar gedib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun