Britaniyalı diplomat İran XİN-ə çağırıldı

3 Sentyabr 2024 23:55

Britaniya SEPAH-ın Qüds qanadına qarşı sanksiyalar tətbiq etdikdən sonra Britaniyanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, məlumatı "Mehr"saytı yayıb.

Qeyd olunub ki, bu, Londonun Tehranla qarşılıqlı əlaqə yaratmaq niyyətinə ziddir.

Britaniyalı diplomat vəziyyəti Londona çatdıracağını bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun