Paris Yay Paralimpiya Oyunlarının 6-cı günündə daha bir paralimpiyaçımız öz gücünü sınayıb.
Milli.Az idman.biz-a istinadən xəbər verir ki, paralimpiya və 4 qat dünya çempionu Lamiyə Vəliyeva T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda özünü yoxlayıb.
O, 11.76 saniyə nəticə ilə finiş xəttini birinci keçib. Lamiyə yeni dünya rekordunu müəyyənləşdirib. Paratletimiz Rio-2016 Paralimpiadasında ukraynalı Leilia Adjametovanın 11,79 saniyəlik nəticəsini yaxşılaşdırıb.
Qeyd edək ki, Azərbaycan yığması Paris-2024 Yay Paralimpiya Oyunlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun