Türkiyəli məşhur 5-ci dəfə evlənir

4 Sentyabr 2024 09:08

Türkiyəli müğənni-aktyor Yavuz Bingöl beşinci dəfə evlənməyə hazırlaşır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi özündən 21 yaş kiçik olan memar nişanlısı Nilşah Ağaoğlu ilə nikah masasına oturacaq.

6 ildir münasibətdə olan cütlük oktyabrın 25-də Ayvalıkda toy edəcək.

Yavuz Bingölün nikah şahidi yaxın dostu Oktay Kaynarca, Nilşah Ağaoğlunun şahidi isə müğənni Elif Buse Doğan olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun