Rusiyada kəskin infeksiya yayıldı

3 Sentyabr 2024 21:06

Rusiyanın Kabarda Balkar Respublikasının Baksan şəhərində kəskin bağırsaq infeksiyası yayılması qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki,  bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kəskin bağırsaq infeksiyası ilə 70 nəfər xəstəxanaya yerləşdirilib.

Region prokurorluğu bağırsaq infeksiyası əlamətləri ilə 200-dən çox insanın həkimlərə müraciət etdiyini açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun