BMT-dən Durovla bağlı açıqlama...

3 Sentyabr 2024 21:01

Teleqram qurucusu Pavel Durovun saxlanılması və ona qarşı ittiham irəli sürülməsi insan haqları ilə bağlı çoxsaylı narahatlıq yaradan mürəkkəb bir işdir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani deyib.

"Bu, çox çətin bir işdir. Bu, bir çox insan hüquqları ilə bağlı narahatlıq doğurur", - deyə BMT rəsmisi bildirib.

O bildirib ki, departament belə vəziyyətlərin nəzərə alınmalı olduğu parametrləri əks etdirən bir sənəd dərc etməyi düşünür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun