"Qalatasaray" klubunun rəsmiləri "Yuventus"un ulduz futbolçusu Adrien Rabyonu transfer etmək niyyətindədirlər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "sarı-qırmızılar" Rabyonu "Yuventus"da qazandığı 7.5 milyon avro maaşdan yuxarı təkliflə razı salmağa hazırlaşırlar.
Transferin baş tutması üçün "Qalatasaray" rəhbərliyi həm də Rabyonun meneceri olan anası ilə də danışıqlara başlayıb.
Qeyd edək ki, "Qalatasaray" daha öncə Viktor Osimheni də heyətinə qatıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun