Gürcüstanın paytaxtı Tbilisidə sərnişin qatarı platformaya çırpılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yolun Didube-Avçala hissəsində qeydə alınıb.
Bildirilir ki, Batumidən gələn qatarın platformaya çırpılması nəticəsində 2 nəfər həlak olub.
Sözügedən şəxslər "Gürcüstan Dəmir Yolları" şirkətinin əməkdaşlarıdır. Sərnişinlər arasında xəsarət alan olmayıb.
Hazırda qatarın hərəkəti dayandırılıb. Qəza ilə bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun