Aparıcı-prodüser Tarix Əliyevin (Tolik) MTV-də yayımlanan "Tarixin bir günü" proqramında dəyişiklik olacaq.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda Tolik özü məlumat yayıb. O bildirib ki, proqramın formatında yeniliklər ediləcək:
"Sentyabrın 16-dan, həftənin bazar ertəsindən, saat 12:30-dan yeni studiyada verilişimizə start verəcəyik. Proqramda yeniliklər olacaq. Həftənin üç günü musiqili qonaqlar, tanınmış similar olacaq. Həftənin iki günü isə müxtəlif sahələrdən olan istedadlı şəxslər: muğam oxuyanlar, efirə çıxmayanlar gələ biləcəklər".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun