Görkəmli bəstəkar Səid Rüstəmovun mahnılarından ibarət konsert baş tutacaq

3 Sentyabr 2024 15:15

29 sentyabr saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun mahnılarından ibarət konsert proqramı baş tutacaq.

Gecədə Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artistlər Kəmalə Tağızadə, Tural Abdullayev, solistlər Vasif Bayramov, Rüstəm Cəfərov "Oxu tar", "Bahar olsun",  "Alagöz ", "Qurban adına", "Hardasan", "İntizar", "Gəlmədin", "Şeir deyilmi", "Bilmədin", "Səhər nəğməsi", "Sənindir", "Getmə-getmə", "Azərbaycan" mahnılarını ifa edəcəklər.

Biletləri filarmoniyanın kassasından və https://iticket.az/events/concerts/said-rustamov-gf/124632

saytından əldə etmək mümkündür.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az