Aktrisanın cənazəsi 50 minə gətiriləcək - FOTO

3 Sentyabr 2024 17:44

Türk kinosunun əfsanəvi simalarından olan Ahu Tuğbanın dəfn olunma tarixi açıqlanıb.

Milli.Az olay-a istinadən bildirir ki, sənətçinin nəşinin Amerikadan gətiriləcəyi və bu cümə axşamı İstanbulda torpağa tapşırılacağı bildirilib.

Cənazənin ölkəyə çatdırılması üçün laızm olan 25-30 min dollarlıq (50 min manat) vəsaiti isə iş adamı Celal Kalyoncu öz öhdəsinə götürüb.

Qeyd edək ki, A. Tuğba Mayamidəki evində astma xəstəliyi səbəbilə dünyasını dəyişib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun