Balakən sakinindən tapança götürülüb.
Milli.Az DİN-in Mətbuat xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, Balakən RPŞ-nin keçirdiyi tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat saxlayan, əvvəllər dəfələrlə məhkum olunmuş Abdülrəşid Qazaxov saxlanılıb.
Onda bir ədəd "Makarov" tapançası, daraq və patronlar aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun