Xalq artistinin səhhəti pisləşdi

3 Sentyabr 2024 11:55

Xalq artisti Həsən Ağasoyun səhhətində problem yaranıb.

Milli.Az bildirir ki, olay-ın məlumatına görə, belində güclü ağrılar əmələ gələn sənətçi evində müalicə olunmağa başlayıb.

"Dünən iş yerimdə boşluqdan zirzəmiyə yıxıldım. Belimdə güclü ağrılar var. Hazırda evdə müalicəm davam edir. İnşallah yaxşı olar, düzələcəm! Kollektivim məni tək qoymadı. Sağ olsunlar", - deyə, H. Ağasoy vurğulayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun