Azərbaycanca bülbül kimi cəh-cəh vuran erməni qızı - VİDEO

3 Sentyabr 2024 11:11

Sosial şəbəkələrdə Hasmik Varderesyan adlı erməni qızın Azərbaycan dilində danışması maraq doğurub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, ermənicədən sonra ən yaxşı bildiyi dilin türkcə olduğunu deyib:

"İkinci bildiyim dil türkcədir. Çünki 14 ildir Türkiyədə yaşayıram. Türkcə ana dilimdən sonra ən sərbəst danışa bildiyim dildir. Üçüncü bildiyim dil isə Azərbaycan türkcəsidir. Türkiyədə yaşadığım üçün Azərbaycan dilini də öyrənmişəm. Bəli, mən Azərbaycan dilində danışa bilirəm". 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun