Elçindən oğlu ilə bağlı paylaşım - FOTO

3 Sentyabr 2024 14:13

Müğənni Elçin Cəfərov oğlu Canla bağlı paylaşımı ilə diqqət çəkib.

Milli.Az olay-a istinadən bildirir ki, sənətçi övladı ilə məktəbdə çəkdirdiyi fotosunu instaqramda yayımlayaraq onun ikinci sinifə getdiyini bildirib. 

Cəfərov sözügedən şəkilə "Təbrik edirəm! İkinci sinifə başladıq və indi daha çox yeni biliklər öyrənəcəyik" şərhini yazıb.

Qeyd edək ki, Elçin və Aydan 2016-cı ilin aprelində ailə qurub. Elçin bir müddət öncə oğlunun anası Aydan Rüstəmxanlı ilə boşanıb. Lakin cütlük bu yaxınlarda barışıb. Aydan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlının və yenicə millət vəkili seçilən Tənzilə Rüstəmxanlının qızıdır.  

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun