Azərbaycanlı aparıcı xanımından boşanıb - Elə bir səbəb olub ki...

3 Sentyabr 2024 12:23

Aparıcı Samir Bayramlı ilk dəfə şəxsi həyatı barədə suala aydın cavab verib.

Milli.Az titul.az-a istinadən xəbər verir ki, DTV telekanalının tanınmış siması həyat yoldaşından çoxdan ayrıldığını bildirib. 

"Mənim ailəli olub-olmadığımı soruşan izləyicilərə demək istəyirəm ki, 4-5 ailəli olmuşam. Ayrılmışam, ayrılmağıma müəyyən səbəblər olub.

Yəni elə bir səbəb olub ki, artıq geridönüşü olmayıb. Ona görə də elə o səbəbdən mən ailəmi dağıtmışam", - deyə o qeyd edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun