Balakən sakinindən tapança götürülüb

3 Sentyabr 2024 08:42

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Abdülrəşid Qazaxov saxlanılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, ondan bir ədəd "Makarov" tapançası, daraq və patronlar aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun