Bakıda 41 yaşlı qadın yol qəzasında xəsarət alıb

3 Sentyabr 2024 08:07

Bakının Sabunçu rayonunda 41 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Əlibabayeva Elnarə Rafiq qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun