ABŞ hərbçiləri Suriyada İŞİD liderlərindən birini ələ keçirdi

3 Sentyabr 2024 07:21

ABŞ hərbçiləri "Suriya Demokratik Qüvvələri" alyansı ilə birlikdə İŞİD terror qruplaşmasının liderlərindən birini saxlayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

"ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığının qüvvələri Suriya Demokratik Qüvvələri ilə birlikdə sentyabrın 1-də səhər tezdən Rakkadakı həbsxanadan qaçaraq yaraqlılara kömək edən İŞİD lideri Xalid Əhməd əl-Dəndəlini yaxalayıb", - paylaşımda qeyd edilir.

ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı İŞİD-in məhv edilməsini təmin etmək üçün "gələcək qaçış təhlükəsi" ilə mübarizəni davam etdirəcəyini bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun