Başına torba keçirilən ABŞ hərbçisidir? - Rəsmi açıqlama

2 Sentyabr 2024 22:10

Xəbər verdiyimiz kimi, Türkiyə Gənclər Birliyinin (TGB) üzvləri İzmirdə amerikalı hərbçinin başına torba keçiriblər və bu olay videolentə alınıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı İzmir Valiliyi məlumat yayıb.

Bildirilib ki, Konak ilçəsinin Kipr Şəhidləri küçəsində TGB üzvü olan 13 kişi və 2 qadın mülki geyimdə olan iki amerikalı hərbçiyə zor tətbiq edərək hücum ediblər.

Həmçinin mülki geyimdə olan digər 5 amerikalı hərbçi də davada iştirak edib. Polis əməkdaşları dərhal olaya müdaxilə edib.

Hadisədə iştirak edən 15 şübhəli yaxalanıb və müvəqqəti saxlanma mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun