Hakim sarı vərəqəni özü ilə götürməyi unutdu - VİDEO
26 May 2010 12:07
Hesab 2:2 olarkən "Columbus Crew"-in oyunçusu Adam Moffat rəqibini əli ilə çəkərək yerə yıxıb. Hakim isə bu qayda pozuntusuna görə futbolçunu sarı vərəqə ilə cəzalandırmaq istəyib. Və... Məlum olub ki, referi meydançaya daxil olarkən sarı vərəqəni özü ilə götürməyi unudub.
Pis vəziyyətdə qalan hakim dərhal meydanın kənarına qaçıb və dördüncü hakmdən vərəqələri götürərək, geri qayıdıb. Qaydanı pozan Adam Moffat da məhz bundan sonra cəzalandırılıb.