"Beşiktaş" "Benfika"nın ulduzunu transfer etdi

2 Sentyabr 2024 20:11

Türkiyə mətbuatı Juan Mariunun "Beşiktaş"a transferinin yekunlaşmaq üzrə olduğunu və qısa zamanda açıqlanacağını bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, heyətində böyük dəyişikliklər edən "Benfika"dan ayrılacaq növbəti oyunçu Juan Mariu olub.

31 yaşlı hücumameyilli yarımmüdafiəçinin "ağ-qaralar"la müqavilə imzalamaq üçün bu gün İstanbula gələcəyi bildirilib.

Qeyd edək ki, Juan Mariu "qara qartallar"la üçillik müqavilə imzalayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun