Şenol Günəşin çalışdıracağı yeni komanda bəlli oldu

2 Sentyabr 2024 18:33

"Trabzonspor" klubunun prezidenti Ərtoğrul Doğan baş məşqçi Abdullah Avcı ilə yollarını ayırdıqdan sonra Şenol Günəşlə danışıqlara başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ərtoğrul Doğan bu gün Şenol Günəşlə üz-üzə görüşərək müqavilə təklif edəcək.

Qeyd edək ki, klubun prezidenti Şenol Günəşlə razılıq əldə olunmadığı halda Sergen Yalçınla da görüşməyə hazırlaşdığını bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun