"Monin Cup Azerbaijan 2024" barmenlər çempionatının seçmə mərhələsi keçiriləcək - qalib Azərbaycanı Burjada təmsil edəcək

2 Sentyabr 2024 17:33

Sentyabrın 7-8-də Bilgah Beach Hotel-də barmenlər arasında Monin Cup Azerbaijan 2024 çempionatının seçmə turu keçiriləcək. Layihənin Milli direktoru, Art-kofe MMC-nin direktoru Anar Quliyev  Milli.az-a bildirib ki, bu ilin dekabr ayında Fransanın Burj şəhərində peşəkar barmenlər üçün mötəbər beynəlxalq yarışma keçiriləcək.

Monin Cup Azerbaijan 2024-ün finalçıları ilkin seçimdən keçib və iki gün davam edəcək yarışda peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək kokteylləri təqdim edəcəklər.

"Müsabiqəmiz bar sənayesinin nümayəndələrinə istedad və yaradıcılıqlarını göstərməyə kömək edir, həmçinin barmenlik peşəsinin nüfuzunu artırır. Hər bir iştirakçı yaradıcı olmalı və münsiflərə müəllif kokteyli təqdim etməlidir. 2013-cü ildən bəri bu cür turnirlər keçiririk və onlarla barmeni beynəlxalq yarışlara və master-klasslara göndərmişik. Barmenlər çempionatı miksoloqlar arasında bir yarışdır. Mixologiya, müxtəlif taamları gücləndirmək və tarazlaşdırmaq məqsədi daşıyan qarışıq içkilər, xüsusən də kokteyllər hazırlamaq sənəti və ya bacarığıdır. Bunun üçün müxtəlif maddələrin qarışdırıldıqda necə qarşılıqlı əlaqədə olduğunu və birlikdə hansı dadlar yaratdıqlarını bilmək lazımdır. Turnir zamanı miksologiya üzrə ustad dərsləri keçirilir", - deyə Anar Quliyev qeyd edib Azərbaycanda Monin Cup 2013-cü ildən keçirilir. Qalib ölkəni Fransada Monin Cup 2024 finalına çıxaracaq. Bu ilki mövzu "Sadəlik gözəllikdir"

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az