Mədəniyyət Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxslər KİMDİR? – DOSYE

2 Sentyabr 2024 17:40

Xəbər verdiyimiz kimi, Orxan İsgəndərov Kino Agentliyinin Hüquq və insan kapitalının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə, Seymur Hüseynov isə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib.

Milli.Az bizim.media-ya istinadən onların dosyesini təqdim edir:

O.İsgəndərov 1993-cü ildə anadan olub. Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavriat, ADA Universitetində beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura təhsili alıb. O, daha əvvəl Dövlət Məşğulluq Agentliyinin İnsan resursları departamentində böyük mütəxəssis vəzifəsində çalışıb.

S.Hüseynov 1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadi kibernetika ixtisası üzrə bakalavriat, biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb. O, daha əvvəl Azərbaycan Respublikasınının Mədəniyyət Nazirliyində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Katibliyinin koordinatoru və Global Entrepreneurship Network-də (GEN) icraçı direktor vəzifələrində çalışıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun