“Kosmetoloqlar üzümdə fəsadlar yaratdılar” - FOTOlar

2 Sentyabr 2024 07:01

Müğənni Türkan Vəlizadə kosmetoloqlardan şikayətlənib.

Milli.Az olay-a istinadən bildirir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında yayımladığı videoaçıqlamada danışıb.

T.Vəlizadə bildirib ki, kosmetoloqlar onun üzündə fəsadlar yaratdıqları üçün məcburiyyətdən bıçaq altına uzanıb: 

"İllərlə kosmetoloqların yanına getdim. İnanın üzümdə o qədər fəsadlar yaratdılar ki... Sonra isə məcburiyyətdən mən plastik əməliyyat etdirdim".

Qeyd edək ki, aylar əvvəl Türkan Vəlizadə üz gərmə və qaş qaldırma əməliyyatı etdirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun