Bu məsələdə məndən nümunə götürməyin - Putin

2 Sentyabr 2024 16:17

Adətən 6 saat, bəzən daha az yatıram. Amma siz məndən bu məsələdə nümunə götürməyin.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kızıl şəhərində məktəblilərlə görüşündə deyib.

"Yalan danışmaq yaxşı deyil, düzünü deyəcəm. Bu gün dörd saat yatmışam. Bu kifayət deyil. Beləliklə, mən adətən təxminən altı saat yatıram".

O bildirib ki, az yatmağının səbəbi işinin çox olmasından irəli gəlmir:

"Məşğul olduğum üçün yox, iş günümü düzgün təşkil edə bilmədiyim üçün az yatıram. Hər bir insan etdiyi hər işdə özünə tənqidi yanaşmalıdır. Və nəticə çıxartmalıdır. Mən bunu etməyə çalışacağam, sizə də məsləhət görürəm".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun