Paralimpiadada ilk dəfə transgender idmançı mübarizə apardı

2 Sentyabr 2024 16:11

Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında ilk dəfə transgender idmançı mübarizəyə qoşulub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, italiyalı atlet Valentina Petrillo 400 metr məsafəyə qaçışda qüvvəsini sınayıb.

50 yaşlı idmançı 58,35 saniyə nəticə ilə yarımfinala yüksəlib.

Qeyd edək ki, Paralimpiada sentyabrın 8-i başa çatacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun