Acunun sevgilisi hamilədir?

2 Sentyabr 2024 17:34

55 yaşlı Acun Ilıcalı və sevgilisi Çağla Altunkaya sentyabrın 5-də evlənir. Cütlüyün Marmarisdəki "Söğüt Manzara" restoranında toy edəcəyi iddia edilir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, toy ərəfəsində Acun Ilıcalı və Çağla Altunkaya yeni həyəcan yaşayır. Əldə edilən məlumata görə, Çağla Altunkaya 3,5 aylıq hamilədir.

Cütlük bunu gizlətməyə çalışır. Buna baxmayaraq heç bir tərəfdən təkzib də gəlməyib.

Qeyd edək ki, Acun Ilıcalı 4-cü dəfə evlənir,onun əvvəlki evliliklərdən 4 qızı var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun