Türkiyə BRİCS-ə daxil olmaq üçün müraciət etdi

2 Sentyabr 2024 15:11

Türkiyə hökuməti BRİCS-ə daxil olmaq üçün müraciət edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Türkiyə bu yolla dünyada nüfuzunu gücləndirməyə, inkişaf etməkdə olan ölkələrlə əlaqələri genişləndirməyə çalışır.

Təşkilatın genişləndirilməsi məsələsinə BRİCS-in oktyabrın 22-24-də Kazanda keçiriləcək sammitində baxıla bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun