Sarkoziyə butulka atdılar

26 May 2010 11:56
Yerli mətbuatın yazdığına görə, uşaqlar onu hərarətlə qarşılasa da, görüşün gedişində prezident arzuolunmaz vəziyyətlə üzləşib. Sarkozi çıxış edən zaman uşaqlardan biri boş plastik butulkanı ona atıb. Butulka dövlət başçısının çiyninə və sonradan onun mühafizəçisinə dəyib. "Güllə"ni baxışları ilə müşayiət edən Sarkozi çıxışını saxlamayıb və uşaqlarla söhbətinə davam edib.

Məktəb rəhbərliyi prezidentin çıxışını dinləyən təxminən 500 məktəbli arasından "xatakar"ı tapa bilməyib.

Milli.Az