Türkiyəli müğənni illər sonra ortaya çıxdı - FOTO

2 Sentyabr 2024 16:35

Bir zamanlar məşhur olan türkiyəli müğənni Gül Avalan uzun aradan sonra görüntülənib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, keçmiş ifaçı Adanadakı ərazisinin bir hissəsinin qanunsuz şəkildə əlindən alınaraq əkin işləri üçün istifadə edildiyini söyləyib. O, həmçinin, zəlzələ nəticəsində evinə ciddi ziyan dəydiyini açıqlayıb.

"Səhhətimdə problem var, yeriyə bilmirəm. Mənə kömək edin" deyə, Gül sevənlərindən yardım istəyib. Onun görünüşü izləyiciləri təəccübləndirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun