Lavrov: İranla hərtərəfli saziş çox yaxın vaxtlarda tamamlanacaq

2 Sentyabr 2024 14:55

Tərəflər çox yaxın vaxtlarda Rusiya və İran arasında hərtərəfli əməkdaşlıq sazişinin hazırlanması üzrə işləri başa çatdıracaqlar.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Yaxın vaxtlarda biz Rusiya və İran arasında hərtərəfli əməkdaşlığa dair sazişin yekun hazırlığını başa çatdırmalıyıq və bu, İranın yeni rəhbərliyi ilə münasibətlərimizdə simvolik addım olacaq", - Lavrov qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun