Seçkilərlə bağlı seçici fəallığı məlum oldu

2 Sentyabr 2024 14:12

Azərbaycanda dünən keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində seçici fəallığı məlum olub.

Milli.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının saytında qeyd edilib.

Bildirilib ki, 125 seçki dairəsi üzrə 6478 seçki məntəqəsinin hamısından məlumatlar MSK-ya daxil olub.

Parlament seçkilərində seçici fəallığı 37,24 faiz təşkil edib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun