Paris-2024: Daha bir paralimpiyaçımız qızıl medal qazanıb

2 Sentyabr 2024 13:23

Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan təmsilçisi Səid Nəcəfzadə T12 kateqoriyasında uzunluğa tullanma növündə çıxış edib.

7,27 metr nəticə ilə paralimpiyaçımız çempionu olub.

Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunlarında Azərbaycanın hesabında hazırda 1 qızıl, 1 gümüş və 1 bürünc medal var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun